Qərb Regional Futbol Federasiyasının yeni prezidenti seçilib
22.08.2012 - 13:57
Bu gün Tovuzda Qərb Regional Futbol Federasiyasının Konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, gündəlikdə duran məsələlər qurumun prezidentinin ötən 4 il zərində görülən işlərlə bağlı hesabatı və yeni prezident seçkisi olub.
Birinci məsələ ilə əlaqədar federasiya prezidenti Zahid Əsgərovun hesabatı dinlənilib. Konfrans onun başçılıq etdiyi qurumun son 4 ildə işini qeyri-qənaətbəxş dəyərləndirib.
İkinci məsələ ilə bağlı keçirilən səsvermədə prezident postuna 2 namizəd olub.
Belə ki, Əsgərovun seçkidə rəqibi olan “Göyəzən” klubunun vitse-prezidenti Mehdi Salmanovun namizədliyi irəli sürülüb. Konfrans iştirakçıları Salmanova 7, Əsgərova 3 səs verib. Bununla da I divizion təmsilçisinin rəsmisi federasiyanın yeni prezidenti, Abbas Fərzəliyev isə vitse-prezident vəzifəsinə seçilib.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0