Millimizin oyunu - 50 manat!
24.08.2012 - 11:51
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də İsraillə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərini mərkəzi arenanın kassaları ilə yanaşı, Park Bulvar və Metro Park satış nöqtələrindən almaq olar. Qiymətlər 2-50 manat aralığındadır. Sektorlara uyğun olaraq qiymətlər barədə AFFA-nın rəsmi saytındakı sxemdə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu, Respublika stadionunda yenidənqurma və əsaslı təmirdən sonra ilk oyun olacaq.
Qeyd edək ki, bu, Respublika stadionunda yenidənqurma və əsaslı təmirdən sonra ilk oyun olacaq.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0