Cavid Hüseynov debütdə “5” aldı
26.08.2012 - 10:03
Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov Türkiyə çempionatında debüt edib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi PTT 1-ci Liqanın ilk turunda meydana çıxıb. “Adana Dəmirspor” klubunun şərəfini qoruyan Cavid “Boluspor”la səfər matçının iştirakçısı olub. O, 0:0 hesabı ilə başa çatan qarşılaşmaya start “11-liy”ində çıxıb. Matçın 86-cı dəqiqəsində əvəzlənən yarımmüdafiəçinin oyunu Türkiyə mətbuatı tərəfindən 5 qiyməti ilə dəyərləndirilib.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0