Məşhur məşqçi qovuldu
15.09.2012 - 17:16
Məşhur məşqçi qovuldu
Braziliyanın "Palmeyras" klubunun baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib. Apasport.az saytının xəbərinə görə, 64 yaşlı mütəxəssislə anlaşma qarşılıqlı razılıq əsasında pozulub. Skolaridən əlavə, köməkçisi Flavio Murtos da postu ilə vidalaşıb.

2012-ci ildə "Palmeyras" Braziliya kubokunu əldə edib. Bu, klubun 1999-cu ildə qazandığı Libertadores kubokundan sonra ilk mükafatı olub. Hazırda isə "Palmeyras" aşağı liqaya enmə təhlükəsi ilə üzləşib. Komandanı autsayderlərdən 7 xal ayırır.

Qeyd edək ki, Skolari 2002-ci ildə Braziliya milli komandasına dünya çempionluğu qazandırıb. Sonradan o, Portuqaliya yığması, İngiltərənin "Çelsi" və Özbəkistanın "Bunyodkor" komandalarının baş məşqçisi olub.