Mourinyonun “Real”dakı statistikası
31.03.2013 - 21:15
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Qalatasaray”la qarşılaşacaq olan “Real” artıq bütün diqqətləri bu oyuna yönəldib. Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasının 29-cu turunda “Saraqosa” səfərindən 1 xalla dönən Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyonun bu turnirdəki statistikası isə diqqətlərdən qaçmayıb.
Belə ki, 2010-2011 mövsümündən bu yana portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Çempionlar Liqasında 16 matça çıxan “Real” 49 qola imza atıb. Həmin mövsümdə “Kral klubu” 6 oyunda 15 dəfə fərqlənməyi bacarıb.
2011-2012 mövsümündə 6 qarşılaşmada 29 qol vuran Mourinyonun komandası, bu mövsümdə isə 5 matçda 10 dəfə rəqib qapıçılarını məyus edib.
“Real” portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Çempionlar Liqasında ən böyük hesablı qələbələrini Zaqreb “Dinamo”su (6:2) və APOEL (5:2) üzərində qazanıb.

0
0