“Yuventus” – “Real” matçının hakimi millimizin oyununda
12.11.2013 - 16:25
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti oyununun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Avro-2015-in seçmə mərhələsində Makedoniya ilə səfərdə keçirəcəyi qarşılaşma çexiyalı hakimlər briqadasına tapşırılıb.
Noyabrın 15-də Skopyedə baş tutacaq görüşü Petr Ardeleanu idarə edəcək. 33 yaşlı referi bu ildən FİFA statusu alıb. Beynəlxalq miqyasda böyüklərin qarşılaşmasına hələ təyinat almayan çexiyalı U-19 və U-21-lərin görüşlərində fit çalıb. Ardeleanu bir həftə əvvəl Yeniyetmələrin Çempionlar Liqasında “Yuventus” (İtaliya) – “Real” (İspaniya) görüşünü də idarə edib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0