“Rəvan”da 3 zədəli
14.11.2013 - 18:08
Topaz Premyer Liqasının XIII turunda "Sumqayıt” ilə qarşılaşan “Rəvan”da 4 günlük istirahət başa çatıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında məşqləri bərpa edən "aslanlar” Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da çalışır.
Gündə 2 dəfə məşqə çıxan futbolçular səhər fiziki, axşam isə taktiki-texniki yöndə hazırlıq keçir.
Məşqlərdə 2 zədəli futbolçu – Tofiq Mikayılov və Elvin Həsənəliyev, o cümlədən dizindəki zədəni sağaltmaqla məşğul olan Kristian Torres iştirak etməyib. Amma sonuncunun "Qarabağ”la oyuna qədər sıraya dönəcəyi bildirilir.
Qeyd edək ki, “Rəvan” XIV turda “Qarabağ”ın qonağı olacaq.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0