“Qarabağ” oyun keçirdi
19.11.2013 - 16:40
“Qarabağ” “Rəvan”la oyunun hazırlıqlarını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XIV turunda “sarı-qırmızı”lı komandanı qəbul edəcək Ağdam təmsilçisi hazırlıqlarını tam heyətlə davam etdirmir.
Milli oyunçulardan əskik çalışan “Qarabağ”da Rəşad Sadıqovla Admir Teli də komandadan ayrı düşüb. Sadıqov belindən, Admirsə barmağından aldığı zədənin bərpasıyla məşğuldur. Albaniya millisinə yollanmış Ansi Aqolli isə artıq geri dönüb və komandanın hazırlıqlarında iştirak edir.
Yaranmış fasilədə yoxlama oyunu keçirməyən “Qarabağ” mövcud futbolçularla 2 tərəfli oyun keçirib. Suraxanıdakı məşq meydançasında baş tutan oyun 40 dəqiqəlik 2 hissədən ibarət olub.
Qeyd edək ki, “Qarabağ” – “Rəvan” oyunu noyabrın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0