Foqts AFFA İcraiyyə Komitəsindən ilk səsini aldı
19.11.2013 - 17:53
AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədov Berti Foqtsun Azərbaycan milli komandasının baş məşqçisi kimi işini qiymətləndirib. Məmmədov Lent.az-a açıqlamasında almaniyalı mütəxəssisin yığmamızın sükanı arxasındakı fəaliyyətini məqbul sayıb.
O deyib: “Məndən asılı olsaydı, Foqtsu buraxmazdım”. Lakin İK üzvü yığmamızın 2013-cü ilin son sınağında səfərdə Qırğızıstanla heç-heçə etdiyi görüş barədə heç bir şərh verməyib.
Qeyd edək ki, Berti Foqts 2008-ci ilin aprelindən Azərbaycan millisinin baş məşqçi postunda çalışır. Onun hazırkı müqaviləsi 2013-cü ilin sonunda başa çatır. Foqtsun komandamızdakı taleyinə AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0