Qışda “Qalatasaray”dan ilk göndəriləcəklər bəlli oldu
20.11.2013 - 03:58
Qış transfer pəncərəsi yaxınlaşdıqca “Qalatasaray”da transfer ediləcək futbolçulardan əlavə göndəriləcəklər də müəyyənləşir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubdan göndəriləcəyi dəqiqləşən ilk futbolçular artıq bəlli olub.
Bunlar İstanbul təmsilçisinin qapıçıları Aykut Ərçətin və Ufuk Ceylandır. Forma şansı əldə edə bilməyən hər iki qolkiper məşqlərdə də özlərini baş məşqçi Roberto Mançiniyə yaxşı tərəfdən göstərə bilməyib. Bu səbəbdən də italiyalı mütəxəssis gedəcəklər siyahısına ilk olaraq bu iki oyunçunun adını yazıb.
Qeyd edək ki, 2003-cü ildən “Qalatasaray”da çıxış edən Ərçətin ümumilikdə 73 oyunda iştirak edib. 2009-cu ildə “Manisaspor”dan transfer olunan Ceylan isə 98 matçda meydana çıxıb. Cari mövsümdə isə hər iki qapıçıya şans verilməyib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0