Blatterdən Ronaldoya barışıq mesajı
20.11.2013 - 09:26
FİFA prezidenti Yozef Baltter Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldoya barışıq əli uzadıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri aralarında soyuqluq yaranan “Real”ın ulduzuna qarşı xoşməramlı jest edib.
Belə ki, dünən axşam DÇ-2014-ün pley-off mərhələsinin cavab görüşü çərçivəsində Portuqaliya millisi səfərdə İsveç yığmasını 3:2 hesabı ilə məğlub edərək, mundiala vəsiqə qazanıb. Ronaldo isə iki görüşün cəmində rəqib qapısından 4 qol keçirib (1:1).
Oyun başa çatandan sonra Blatter “twitter” hesabında bunları yazıb: “Dünya çempionatında iştirak edəcək 29-cu komandanın adı bəlli oldu. Portuqaliya tarixində altıncı dəfə mundilada iştirak edəcək. Ronaldo fantastik oynadı”.
Xatırladaq ki, bir müddət öncə FİFA prezidenti ilə “Real”ın forvardı arasında kiçik münaqişə baş vermişdi. Blatter “Qızıl top” uğrunda mübarizədə favoritinin Messi olduğunu açıqlamış, Ronaldo isə gələn ilin yanvarında baş tutacaq mükafatlandırma mərasiminə qatılmayacağını söyləmişdi.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0