“Xəzər Lənkəran” düşərgəsində Ronaldo və Messi müqayisəsi
20.11.2013 - 16:31
“Kriştianu Ronaldo inanılmaz futbolçudur”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran” klubunun futbolçusu Alvaro Silvaya məxsusdur.
İspaniyalı müdafiəçi DÇ-2014-ün pley-off mərhələsinin qəhrəmanı Kriştianu Ronaldo haqda yüksək fikirdədir.
İsveç – Portuqaliya görüşündə (2:3) het-trik edən ulduz futbolçunu tərifləyən Alvaro İspaniya “Real”ının şərəfini qoruyan portuqaliyalını Lionel Messidən də üstün sayır: “Ronaldo meydanda canını qoyub, böyük iş gördü. Bununla, Portuqaliya yığmasını Braziliyadakı dünya çempionatına daşıdı. Onu Messidən fitri istedad olması və üstəlik, anadangəlmə əla fiziki göstəriciləri fərqləndirir”.
Qeyd edək ki, Ronaldo komandasının evdə qazandığı 1:0 hesablı qələbəsinə də qolla töhfə vermişdi.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0