Sabah Azərbaycan kubokunda yarımfinalın cavab oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, turnirdə bombardirlik keyfiyyətləri ilə seçilən oyunçu yoxdur.
Kubokun ən məhsuldar oyunçuları vur-tut 2 qol vurub. Buna da 8 futbolçu nail olub.
Onlardan dördü mübarizəni davam etdirən komandaların üzvləridir. Mahir Emreli, Patrik Andrade (hər ikisi “Qarabağ”), Davit Volkov, Nemanya Andelkoviç (hər ikisi “Zirə”) ən azı sabah, komandası finala çıxsa isə həlledici görüşdə də fərqlənə bilərlər.
Digər 4 oyunçu üçün kubok mövsümü başa çatıb. Bunlar Amil Yunanov, Əfran İsmayılov (hər ikisi “Səbail”), Ceyms Adeniyi (“Qəbələ”), Roini İsmayılovdur (“Zaqatala”).
Qeyd edək ki, sabah “Zirə” “Keşlə”ni, “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı