Afrika Millətlər Kuboku: Günün nəticələri
30.12.2025 - 01:11
Afrika Millətlər Kuboku: Günün nəticələri

Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları başa çatıb.

Apasport.az xəbər verir ki, keçirilən qarşılaşmalarda həm məhsuldar oyunlar, həm də minimal hesablı nəticələr qeydə alınıb.

Kot-d’İvuar millisi Kamerunla 1:1 hesablı heç-heçə edib. Anqola-Misir matçında da qalib müəyyənləşməyib – 0:0.

Cənubi Afrika yığması isə Zimbabve üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. Mali səfərdə Komor adalarını 1:0 hesabı ilə məğlub edib.

Turun ən inamlı qələbələrindən birinə isə Mərakeş imza atıb. Şimali Afrika təmsilçisi Zambiyanı 3:0 hesabı ilə üstələyib.