Afrika Millətlər Kuboku: Seneqal və Konqodan inamlı start
23.12.2025 - 20:46
Afrika Millətlər Kuboku: Seneqal və Konqodan inamlı start

Afrika Millətlər Kubokunda I turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, D qrupu çərçivəsində iki qarşılaşma baş tutub.

Günün ilk matçında Konqo və Benin milli komandaları üz-üzə gəlib. Qarşılaşma Konqo millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Seneqal millisi isə Botsvana yığmasını 3 cavabsız qolla məğlub edib.