Ağlayaraq oyundan çıxdı: 4 ay olmayacaq
02.12.2025 - 15:05
Ağlayaraq oyundan çıxdı: 4 ay olmayacaq

"Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviçin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Məlumata görə, “Kalyari” ilə oyunda zədələnib göz yaşları içində meydanı tərk edən Duşan Vlahoviç uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Serbiyalı hücumçunun zədəsinin ciddi olduğu, bərpa prosesinin isə təxminən 4 ay çəkəcəyi bildirilir.

Bu müddət ərzində Vlahoviçin həm A Seriyasındakı, həm də avrokubok oyunlarını buraxacağı gözlənilir.

Qeyd edək ki, Vlahoviç bu mövsüm "Yuventus" formasıyla bütün turnirlərdə 13 oyuna çıxıb, 3 qol vurub və 1 assist edib.