Amorim keçmiş yetirməsini transfer etmək istəyir
26.03.2025 - 23:22
Amorim keçmiş yetirməsini transfer etmək istəyir

Portuqaliya təmsilçilərindən "Sportinq"in üzvü Fransisko Trinkao karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" futbolçu ilə yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim keçmiş yetirməsini yayda heyətə qatmaq istəyir.

Xatırladaq ki, 25 yaşlı vinger "Sportinq"ə 2023-cü ildə "Barselona"dan 7 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, Trinkao bu mövsüm Portuqaliya təmsilçisinin heyətində çıxış etdiyi 43 rəsmi matçda 9 qol, 15 assistlə yadda qalıb.