Ançelotti Braziliya millisində?!
29.04.2025 - 00:34
Ançelotti Braziliya millisində?!

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanı tərk edəcək. 

Apasport.az xəbər verir ki, o, Braziliya yığmasında işləyəcək.

Bu barədə tanınmış insayder Fabritsio Romano öz sosial şəbəkə hesabında paylaşım edib.

İtaliyalı mütəxəssislə Braziliya Futbol Konfederasiyası arasında danışıqların uğurla başa çatdığı bildirilir.

Ançelotti mövsümün sonunda "sambaçılar"a rəhbərlik edəcək. O, komandanı gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlaşdıracaq.

Qeyd edək ki, iyunun 15-də start götürəcək klublararası dünya çempionatında "Real"a Santyaqo Solari rəhbərlik edəcək.