“Atletiko”nun vingeri ölkəsinə qayıda bilər
22.04.2025 - 16:07
“Atletiko”nun vingeri ölkəsinə qayıda bilər

İspaniya La Liqası təmsilçilərindən “Atletiko Madrid”in futbolçusu Anxel Korrea karyerasını ölkəsində davam etdirə bilər.

Argentina millisinin üzvü Korrea ölkəsinə qayıdır

Apasport.az xəbər verir ki, argentinalı vingerlə “River Pleyt” yaxından maraqlanır.

Bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, komanda müqaviləsi 2026-ci ildə başa çatacaq oyunçunu yayda transfer etmək niyyətindədir. 

Korrea dünya çempionatında iştirak etmək üçün klubunu dəyişir?

Korreanın özü də dünya çempionatında iştirak etmək üçün bu keçidə müsbət yanaşır.

Xatırladaq ki, 30 yaşlı oyunçu “Atletiko”ya 2015-ci ildə ölkəsinin “San Lorenzo” komandasından 10,5 milyon avroya transfer olunmuşdu.

Argentina millisinin üzvü bu mövsüm İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol, 5 assistlə yadda qalıb.