
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Aston Villa" PSJ ilə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, İngiltərə təmsilçisinin qolkiperi Emiliano Martinez bir sıra açıqlamalar verib.
Təcrübəli qapıçı yalnız özünün təzyiq görə biləcəyini bildirib:
"Klub olaraq bizim daha az təzyiq altında olmağımız yaxşı bir haldır. Çünki əsas hədəf mən olacağam. Azarkeşlər yalnız məni təhqir edəcəklər. Hər şey tamamilə istədiyimiz kimi irəliləyir. Düşünürəm ki, çox maraqlı bir qarşılaşma olacaq".
Qeyd edək ki, PSJ - "Aston Villa" matçı aprelin 9-u Bakı vaxtilə saat 23:00-da start götürəcək.