İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, La Liqa nəhənginin futbolçusu Fermin Lopes sıradan çıxıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyalı hücumameyilli yarımmüdafiəçi UEFA Çempionlar Liqa Liqa mərhələsinin 5-ci turunun "Çelsi" ilə matçında (0:3) zədələnib. Onun sağ ayağında zədə aşkarlanıb. 22 yaşlı oyunçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.