“Barselona”da yeni müqavilə
25.12.2025 - 21:07
“Barselona”da yeni müqavilə

“Barselona” Andreas Kristensenlə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub danimarkalı futbolçunu komandada saxlamaq istəyir. 

Kataloniyalıların prezidenti Xoan Laporta uzunmüddətli zədəsi olan Kristensenə jest edərək yeni müqavilə təklif etməyi planlaşdırır. Lakin yeni sözləşmədə 29 yaşlı mərkəz müdafiəçisinin maaşı azaldılacaq. 

Təcrübəli oyunçu özü də qalmağa isti yanaşır.

Qeyd edək ki, Kristensen 2022-ci ilin yayından “Barselona”da çıxış edir.