“Barselona”dan tarixi qol seriyası
22.12.2025 - 09:33
“Barselona”dan tarixi qol seriyası

“Barselona” La Liqada “Vilyarreal” üzərində 2:0 hesablı qələbə qazanaraq qol seriyasını davam etdirib.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi bazar günü keçirilən qarşılaşmada Rafinya Diazın 12-ci, Lamin Yamalın isə 63-cü dəqiqədə vurduğu qollarla üç xala sevinib.

"Opta"nın məlumatına görə, “blauqrana” bununla da ardıcıl 38 La Liqa oyununda ən azı bir dəfə fərqlənib. Bu göstərici klub üçün 2013-cü ildən sonra ən yaxşı nəticədir. “Barselona” həmin il ardıcıl 64 oyunda qol vuraraq La Liqa tarixinin rekordunu müəyyənləşdirmişdi.

Hans-Diter Flikin rəhbərlik etdiyi komanda növbəti turda “Espanyol”la üz-üzə gələcək. Barselona derbisi yanvarın 3-də keçiriləcək.