"Barselona"nın 53 oyunluq seriyası başa çatıb
26.11.2025 - 11:55
"Barselona"nın 53 oyunluq seriyası başa çatıb

İspaniyanın "Barselona" klubunun 53 oyunluq seriyası başa çatıb.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin qol vurmaq seriyası qırılıb.

Bu, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İngiltərənin "Çelsi" kollektivinə uduzduqları matçda (0:3) reallaşıb.

"Barselona" son olaraq 2024-cü il dekabrın 15-dəki qarşılaşmada rəqib qapısına yol tapa bilməyib. Komanda həmin vaxt "Leqanes"ə məğlub olub - 0:1.