"Bavariya" "Real"ın transfer hədəfi ilə danışıqlara başladı
11.05.2025 - 12:39
"Bavariya" "Real"ın transfer hədəfi ilə danışıqlara başladı

"Bavariya" müdafiə xəttini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub "Bayer" və Almaniya millisinin müdafiəçisi Conatan Tanın transferində israrlıdır.

Münhen təmsilçisi artıq futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. 

Klubun idman direktorları Maks Eberl və Kristof Froyd arxa xətt oyunçusunu komandanın heyətinə qatmaq niyyətindədirlər.

Həmçinin Xabi Alonsonun "Real"a baş məşqçi təyin olunacağı təqdirdə Tanı Madrid təmsilçisinə transfer etmək istədiyi də bildirilir.

Qeyd edək ki, Conatan bu mövsüm 47 matçda 4 qol vurub və bir məhsuldar ötürmə edib.