“Bavariya” Reşford üçün HƏRƏKƏTƏ KEÇDİ
11.06.2026 - 11:33
“Bavariya” Reşford üçün HƏRƏKƏTƏ KEÇDİ

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu “Bavariya”nın maraq dairəsinə düşüb.

Münhen klubu forvardın transferi üçün “Mançester Yunayted”in tələb etdiyi 40 milyon avronu ödəməyə hazırdır.

Lakin keçidin baş tutması üçün Reşford “Barselona”da oynamaq istəyindən imtina etməli və maaşını azaltmalıdır.

Hazırda futbolçunun həftəlik qazancı 325 min funt-sterlinq təşkil edir.