“Bavariya” sabiq "Fənər"lidən narazıdır
16.04.2025 - 12:36
“Bavariya” sabiq "Fənər"lidən narazıdır

“Bavariya” rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq Kim Min Ce ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, Münhen klubu koreyalı müdafiəçi ilə yola davam etdirməyi planlaşdırmır. Bu barədə Almaniyanın “Sky” nəşri məlumat yayıb.

Klubun oyunçunun çıxışından narazı olduğu və gələcək transfer təkliflərini dəyərləndirməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, "Fənərbaxça"nın sabiq futbolçusu bu mövsüm “Bavariya”nın heyətində 41 oyuna çıxıb, 3 dəfə fərqlənib.