“Bavariya”nın keçmiş üzvü vəfat edib
20.03.2025 - 13:56
“Bavariya”nın keçmiş üzvü vəfat edib

Almaniya Bundesliqası təmsilçilərindən  "Bavariya"nın gənclərdən ibarət komandasında çıxış etmiş 18 yaşlı futbolçu Qo Çzyasyuan vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən ay məşq sırasında ağır kəllə-beyin travması alan çinli oyunçu bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Qo Çzyasyuan 2023-cü ildə "Bavariya"nın gənc futbolçuları tapmaq və inkişaf etdirmək layihəsi olan "Bayern World Squad" proqramında iştirak edib.