“Bayer” “Bavariya”ya çatdı
05.05.2025 - 15:21

“Bayer” Almaniya Bundesliqasının XXXII turunda “Frayburq”la səfərdə heç-heçə edib – 2:2.
Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqada 33 oyundur, səfərdə uduzmur.
Komanda bu görüşlərdə 23 qələbə qazanıb, 10 heç-heçə edib.
“Bayer” bu göstəricidə “Bavariya”nın rekordunu təkrarlayıb. Münhen təmsilçisi 2012-2014-cü illərdə 33 səfər oyununda məğlub olmayıb.
0
0