Bellinqem Premyer Liqa klublarının hədəfində
20.03.2025 - 22:36
İngiltərə Çempionşip komandalarından "Sanderlend"in üzvü Cob Bellinqem karyerasını Premyer Liqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Real Madrid"də çıxış edən Cud Bellinqemin qardaşı olan futbolçu ilə "Çelsi" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.
Komandalar bu transferi yayda bitirməyi hədəfləyir.
Qeyd edək ki, 19 yaşlı ingiltərəli bu mövsüm 34 rəsmi matçda iştirak edib və 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0