“Beşiktaş” qış transfer pəncərəsində heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın “Utrext” klubunda çıxış edən sol cinah müdafiəçisi Souffian El Karouanini transfer siyahısına daxil edib.
"Ağ-qaralar" müqaviləsi mövsümün sonunda başa çatacaq 25 yaşlı mərakeşli futbolçunu bonservissiz olaraq heyətinə qatmaq istəyir.
Məlumata görə, futbolçu ilə “Beşiktaş”dan başqa “Real Betis”, PSV və “Portu” da maraqlanır.
Qeyd edək ki, Souffian El Karouani cari mövsümdə bütün turnirlər üzrə 26 matçda meydana çıxıb, 3 qol vurub və 14 məhsuldar ötürmə edib.