“Beşiktaş”da CİDDİ İTKİ
23.03.2025 - 16:53
“Beşiktaş”da CİDDİ İTKİ

Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" "Qalatasaray" matçı öncəsi yoxlama görüşü keçirib.

Apasport.az xəbər verir ki, "İstanbulspor"la qarşılaşan komanda, meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

"Qara qartal" vacib görüş öncəsi 2 ciddi itki ilə üzləşib. 

Yarımmüdafiəçilər Rafa Silva və Aleks-Oksleyd Çamberlayn sıradan çıxıb. Futbolçularının vəziyyətinin qarşıdakı günlərdə müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı martın 29-su Bakı vaxtilə saat 21:30-da start götürəcək.