“Beşiktaş”ın 2 oyunçusu zədələnib
07.05.2025 - 18:57
“Beşiktaş”ın 2 oyunçusu zədələnib

Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş"ın 2 futbolçusu - Emirhan Topçu və Salih Uçan sıradan çıxıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qara qartallar", Emirhan Topçunun budun yuxarı əzələsində gərginlik və qanaxma, Salih Uçanın isə baldırın arxa aşağı əzələsində şiş aşkarlandığını açıqlayıb.

Qeyd edək ki, hər iki oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir.