“Beşiktaş”ın futbolçusu A Seriyası klubunda qalacaq
30.12.2025 - 10:56
“Beşiktaş”ın futbolçusu A Seriyası klubunda qalacaq

Hazırda icarə əsasında “Kalyari”nin formasını geyinən Semih Kılıçsoyun gələcəyi ilə bağlı qərar verilib.

Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunu birdəfəlik transfer etməyə hazırlaşır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, A Seriyası klubu müqavilə ilə “Beşiktaş”a məxsus olan türkiyəli forvard üçün “qara qartallar”a 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, Semih bu mövsüm "Kalyari"nin heyətində 11 rəsmi matça çıxıb və 2 qolla yadda qalıb.