"Beşiktaş"ın futbolçusu Premyer Liqa yolunda
30.04.2025 - 13:19
"Beşiktaş"ın futbolçusu Premyer Liqa yolunda

"Beşiktaş"ın futbolçusu Milot Raşitsa komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirməyə yaxındır. 

Kosovolu futbolçu ilə “Lids” yaxından maraqlanır.

Türkiyə mətbuatında bildirilir ki, tərəflər artıq keçidlə bağlı danışıqlara başlayıblar. Premyer Liqaya yüksəlməyə haqq qazanan klub Raşitsa üçün tələb olunan məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, futbolçunun “Qara qartal”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.