"Beşiktaş"lı futbolçu son 2 oyunda 2 qırmızı kart alıb
07.04.2025 - 22:47
"Beşiktaş"lı futbolçu son 2 oyunda 2 qırmızı kart alıb

Türkiyə Super Liqasında XXX turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Kasımpaşa" öz meydanında "Beşiktaş" ilə qarşılaşır.

"Qara qartallar"ın heyətində Tayyip Talha Sanuç 44-cü dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Xatırladaq ki, türkiyəli oyunçu daha əvvəl, "Göztəpə" ilə oynanılan kubok matçında (1:3) qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Qeyd edək ki, hazırda davam edən görüş 1:1 hesablı heç-heçə olaraq davam edir.