2026-cı il dünya çempionatında bir sıra tanınmış futbolçular iştirak edə bilməyəcək.
Apasport.az xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda bəzi ulduzlar zədə səbəbindən, bəziləri isə baş məşqçi qərarı ilə yığmalarının heyətindən kənarda qalıb.
Turniri buraxacaq futbolçular arasında Rodriqo, Eder Militao, Estevao, Matteys de Liqt, Xavi Simons, Uqo Ekitike, Serj Qnabri, Fermin Lopes, Xuan Foyt, Valentin Karboni, Məhəmməd Kudus, Kaoru Mitoma və Takumi Minamino kimi adlar var.
Bundan başqa, bəzi məşhur futbolçuların yığmaları ümumiyyətlə dünya çempionatına vəsiqə qazana bilməyib. Bu siyahıda Viktor Osimhen, Xviça Kvaratsxeliya, Robert Levandovski, Canluici Donnarumma, Sandro Tonali, Nikolo Barella, Dusan Vlahoviç və Yan Oblak kimi futbolçular yer alır.
Super Liqada çıxış edən bir sıra futbolçular da DÇ-2026-nı kənardan izləyəcək. “Qalatasaray”dan Viktor Osimhen, Lukas Torreyra, Qabriel Sara, “Fənərbaxça”dan Marko Asensio, Fred, Taliska, Milan Şkrinyar və Dorgeles Nene, “Beşiktaş”dan Vilfred Ndidi, Vaçlav Çernı, Jota Silva və Milot Raşitsa turnirdə iştirak etməyəcək.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 komanda mübarizə aparacaq.