Bojoviçin yeni iş yeri bəlli olub
26.12.2025 - 13:13
“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, monteneqrolu mütəxəssis ölkəsinin "Buduçnost" komandasının baş məşqçisi təyin olunub. Müqavilənin detalları açıqlanmayıb.
Bojoviç 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyununadək “Neftçi”də işləyib.
0
0