"Bornmut"un baş məşqçisi bəlli oldu
04.06.2026 - 16:18
"Bornmut"un baş məşqçisi bəlli oldu

"Bornmut"un yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, komandanı almaniyalı mütəxəssis Marko Rouz çalışdıracaq.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Marko Rouzun son iş yeri "Leypsiq" olub. O, 2022-ci ilin sentyabrından 2025-ci ilin martına qədər bu komandanı çalışdırıb.

Mütəxəssis burada Almaniya kubokunun və Almaniya Superkubokunun qalibi olub.