Braziliya millisinin üzvü “Yunayted”in hədəfində
29.03.2025 - 13:54
Braziliya millisinin üzvü “Yunayted”in hədəfində

İngiltərə Premyer Liqası təmsilçilərindən "Vulverhempton"un hücumçusu Mateus Kunya komandasını dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" futbolçunun sərbəstqalma məbləği olan 62,5 milyon avronu ödəməyə hazırdır.

Xatırladaq ki, "Vulverhempton" Mateus Kunyanı 2023-cü ildə "Atletiko"dan transfer edib.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.