Braziliyalı futbolçu “Betis”də qala bilər
20.03.2025 - 16:57
Braziliyalı futbolçu “Betis”də qala bilər

İspaniya La Liqası təmsilçilərindən "Real Betis" braziliyalı hücumçu Antonini daha bir mövsüm icarəyə götürməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda bununla bağlı "Mançester Yunayted"lə danışıqlar aparılacaq.

İspaniya təmsilçisi 25 yaşlı futbolçunun maaşının böyük bir hissəsini öz üzərinə götürməyə hazırdır.

"Qırmızı şeytanlar" isə yayda Antonini sataraq, transfer büdcəsi təşkil etmək niyyətindədir.

Qeyd edək ki, yanvardan icarə əsasında "Betis"də oynayan braziliyalı meydana çıxdığı 11 oyunda 4 qol, 4 assistlə yadda qalıb.