Burak Yılmaz istefa verib
15.12.2025 - 13:24
“Qaziantep”in baş məşqçisi Burak Yılmaz istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. Onun sözlərinə görə, Burak Yılmaz Qaziantep şəhərini tərk edib.
Gənc mütəxəssis komandasının dünən evdə “Göztepe”yə (0:1) məğlub olduqdan sonra verdiyi açıqlamada 2 matçdan sonra klubla yollarını ayıracağını bildirmişdi.
Klub rəhbərliyinin yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərar verməsi gözlənilir.
0
0