Cekonun hazırkı vəziyyəti bəlli olub - FOTO
25.03.2025 - 10:15
Cekonun hazırkı vəziyyəti bəlli olub - FOTO

Xəbər verdiyimiz kimi, "Fənərbaxça"nın futbolçusu Edin Ceko Bosniya və Herseqovina millisinin Rumıniya ilə keçirdiyi matçda zədələnib. 

Apasport.az xəbər verir ki, təcrübəli futbolçu burnu sındığı üçün oyunu tərk etməli olub. Müayinələr nəticəsində onun əməliyyata ehtiyac olmadığı müəyyən edilib.

O, mövsümün qalan hissəsində maska ​​ilə çıxış edəcək.

Sosial media hesabında paylaşım edən 39 yaşlı futbolçu şəklinin altında "ya həmişə, ya heç vaxt" sözlərini qeyd edib. 

Qeyd edək ki, "Fənərbaxça"nın UEFA Avropa Liqasında "Anderlext"lə oyununda əlini sındıran Ceko o vaxtdan bəri matçlara xüsusi sarğı ilə çıxırdı.