"Çelsi" Fofananı gözdən çıxarıb
29.04.2025 - 11:55

Londonun "Çelsi" klubu mərkəz müdafiəçisi Uesli Fofana üçün təklifləri nəzərdən keçirəcək.
Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu xroniki zədədən əziyyət çəkir.
Bu səbəblə onun klubdakı gələcəyi sual altındadır.
İddialara görə, "mavilər" qarşıdakı transfer pəncərəsində fransızı satmaq istəyir. Londonlular icarə təkliflərini də nəzərdən keçirməyə hazırdırlar.
"Transfermarkt" portalı Fofananın dəyərini 27 milyon avro olaraq qiymətləndirir. Futbolçunun müqaviləsi 2029-cu ilin ortalarına qədər nəzərdə tutulub.
0
0