“Çelsi”də ciddi itki
18.12.2025 - 00:05
“Çelsi”də ciddi itki

"Çelsi"nin heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Estevao sıradan çıxıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Braziliyalı vinger ayaq əzələsindən zədə alıb. 18 yaşlı oyunçu Premyer Liqanın XVII turu çərçivəsində "Nyukasl"la keçiriləcək matçda iştirak edə bilməyəcək. 

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsün "Çelsi"nin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.