Çempionlar Liqasının finalı Bakıda keçirilməyəcək
19.03.2025 - 20:51
Çempionlar Liqasının finalı Bakıda keçirilməyəcək

Çempionlar Liqasının 2026/27 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici oyun İspaniyanın paytaxtı Madriddə baş tutacaq.

Qarşılaşma "Estadio Metropolitano"da təşkil olunacaq.

Final matçının təşkilinə Madridlə yanaşı Azərbaycan paytaxtı Bakı da namizəd olub. Lakin nəticədə İspaniya şəhəri qalib seçilib.

Qeyd edək ki, "Estadio Metropolitano" ikinci dəfə turnirin final matçına ev sahibliyi edəcək.