Dani Alveş azadlıqda - Braziliyalı ulduz bəraət aldı
28.03.2025 - 16:50
Dani Alveş azadlıqda  - Braziliyalı ulduz bəraət aldı

Cinsi təcavüzə görə ittiham olunan “Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş bəraət alıb.

Apasport.az xəbər verir ki, İspaniya məhkəməsi Alveşin şikayətini təmin edib.

Xatırladaq ki, Alveş 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin apellyasiya şikayətindən sonra hökm ləğv edilib. 

Alveş 2024-cü il martın 25-də 1 il həbsdən sonra azadlığa buraxılıb.

Keçmiş braziliyalı oyunçu karyerası ərzində “Sevilya”, “Yuventus”, “Barselona”, PSJ kimi klublarda çıxış edib.