Dani Olmo "Osasuna" ilə matçda zədələnib
28.03.2025 - 10:55

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo "Osasuna" ilə matçı davam etdirə bilməyib.
Apasport.az xəbər verir ki, 28-ci dəqiqədə zədələnən Olmo meydanı tərk edib. Onun əvəzinə meydana Fermin Lopez daxil olub.
İlkin müayinəyə görə, Olmonun zədəsi ciddi deyil.
Qeyd edək ki, qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0