2026-cı il futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın ilk açılış mərasimi Meksikanın paytaxtı Mexikoda təşkil olunub.
Mərasimdə dünya şöhrətli sənətçilər səhnəyə çıxıblar.
Açılışda Şakira, Burna Boy, J Balvin, Manya, Belinda, Alexandro Fernandez, Denni Okean, Lila Dauns, Los Anceles Azules və Tayla çıxış ediblər.
Şakira və Burna Boy dünya çempionatının rəsmi mahnısı “Dai Dai”ı azarkeşlər qarşısında təqdim ediblər.
Mərasimdə həmçinin təşkilatçı ölkələrin mədəniyyətini əks etdirən rəngarəng şou proqramı nümayiş olunub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Mundialın oyunlarına ABŞ, Kanada və Meksika ev sahibliyi edir.
- “Real Madrid” Mbappeyə görə Çindən üzr istədi – RƏSMİ
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər