DÇ-də tarixi göstərici: 2006 finalından sonra doğulan ilk futbolçu
12.06.2026 - 00:50
Meksika millisinin üzvü Gilberto Mora 2026-cı il dünya çempionatında tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının finalından sonra doğulub mundialda forma geyinən ilk futbolçu olub.
Mora Meksika – Cənubi Afrika matçında meydana çıxmaqla bu göstəricinin müəllifi olub.
O, həm də 2026-cı il dünya çempionatının ən gənc futbolçusu sayılır.
17 yaşlı Gilberto Mora 14 oktyabr 2008-ci ildə anadan olub və Meksikanın “Tixuana” klubunda çıxış edir.
0
0